Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə veriləcək

Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı ölkəsinə veriləcək
# 04 noyabr 2016 09:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Mustafa Kaplanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ölkəsinə ekstradisiya olunması haqqında qərar verilib.

Qeyd edək ki, Yaşar Mustafa Kaplan Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR