Avstriyada növbədənkənar parlament seçkilərində “Xalq Partiyası” qalib gəlir - YENİLƏNİB

Avstriyada növbədənkənar parlament seçkilərində “Xalq Partiyası” qalib gəlir - <span style="color: red;">YENİLƏNİB
# 15 oktyabr 2017 21:49 (UTC +04:00)

Avstriyada oktyabrın 15-də keçirilmiş növbədənkənar parlament seçkilərində mühafizəkar “Avstriya Xalq Partiyası” qalıb gəlir.

APA-nın xəbərinə görə, bu barədə seçkiləri təşkil edən Avstriya Daxili işlər nazirliyinin saytında bildirilir. Hazırkı xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi partiya 31,4% səs toplayıb.

İkinci yerə “Azadlıq” partiyası yüksəlib – 27,4%. Üçüncü isə sədri hazırkı baş nazir Kristian Kern olan “Avstriya Sosial Demokrat partiyasıdır (26,7).

Məlumata əsasən, parlamentdə təmsil olunmaq üçün dörd faizlik həddi keçən digər partiyalar isə NEOS (5,1 faiz) və "Peter Piltsin siyahısı" (4,3 faiz) olub.

Seçkilərdə seçicilərin 67,6%-ı iştirak edib. Qeyd edək ki, vaxtından əvvəl verilən səslərin hesablanmasına oktyabrın 16-da start veriləcək.

***

21:23

Avstriyada oktyabrın 15-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 54% bülletenlərin hesablanmasından sonra, seçkilərdə hazırkı xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar “Avstriya Xalq Partiyası” qalıb gəlir. Partiya seçicilərin 36,45% səsini qazanıb.

İkinci yerdə sağçı “Azadlıq” partiyası (29,33%), üçüncü isə sədri hazırkı baş nazir Kristian Kern olan “Avstriya Sosial Demokrat partiyasıdır (23,07). İlkin nəticələrə əsasən, beş partiya 4 faizlik seçki baryerini keçə bilər. Adıçəkilən partiyalardan başqa buna “Yeni Avstriya” (5,8%) və “Yaşıllar” partiyası (4,2%) nail olublar.

Qeyd edək ki, seçkilərdə 16 partiya və siyasi hərəkat iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR