Gədəbəydə içərisinə su dolan avtomobildə azyaşlı boğulub

Gədəbəydə içərisinə su dolan avtomobildə azyaşlı boğulub
# 14 may 2018 07:41 (UTC +04:00)

Gədəbəydə 9 yaşlı oğlan avtomobildə boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çobankənd kəndində kənd sakini İsaq Xəlilov idarə etdiyi “UAZ” markalı avtomobillə Çobankənd çayını keçmək istəyərkən maşın batıb. Maşına su dolub, nəticədə İ. Əliyevin avtomobildə olan nəvəsi, 2009-cu il təvəllüdlü Əliyev Hüseyn Amil oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR