Bakı-Sumqayıt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 31 iyul 2018 07:55 (UTC +04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna, dairə istiqamətinə yönəldiləcək.

"Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR