Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib və xanımı ilə birlikdə Özbəkistanın paytaxtına gedib.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı dövlət başçısının şəxsi mühafizəçisinə istinadən məlumat yayıb.
“Qani, həyat yoldaşı, eləcə də milli təhlükəsizlik idarəsinin rəhbəri ölkəni tərk edərək Daşkənd şəhərinə gedib”, - deyə telekanal prezidentin mühafizəçisindən sitat gətirib.
Bu arada, “Al Jazeera” telekanalının Oman sultanlığındakı mənbələri Əfqanıstan prezidentinin ailəsi ilə birlikdə bu ölkəyə gəldikləri ilə bağlı bir sıra media qurumlarında yayılmış məlumatı təkzib ediblər.