“AzSığorta” bu ilin ilk yarısını 4 milyon manat xalis mənfəətlə bitirib

“AzSığorta” bu ilin ilk yarısını 4 milyon manat xalis mənfəətlə bitirib
# 26 iyul 2018 08:13 (UTC +04:00)

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin I yarısını mənfəətlə bitirib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ilk yarımillikdə şirkətin xalis mənfəəti 4 mln. 230 min 84 manat təşkil edib.

2018-ci ilin yanvar – iyun ayları ərzində “AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 mln. 577 min 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 mln. 239 min 130 manat və ya 16% çoxdur.

Bu ilin ilk yarısında “Azsığorta” ASC-nin xərcləri isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36% azalaraq 11 mln. 289 min 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 mln. 689 min 542 manat olub. 2018-ci ilin ilk altı ayının 5 mln. 550 min 591 manatı əsas əməliyyat xərclərinin, 5 mln. 241 min 343 manatı işlərin aparılmasına, 497 min 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 mln. 287 min 605 manat, xalis mənfəət isə 4 mln. 230 min 84 manat təşkil edib.

“Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumilikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət, ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik” - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.

Qeyd edək ki, ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR