Cənub bölgəsində indiyədək 900 QİÇS xəstəsi aşkarlanıb

Cənub bölgəsində indiyədək 900 QİÇS xəstəsi aşkarlanıb
# 30 noyabr 2016 12:12 (UTC +04:00)

Ötən 26 il ərzində Azərbaycanın cənub bölgəsində 900-dan çox QİÇS xəstəsi aşkalanıb. Onlardan 413 nəfəri Lənkəran, 251 nəfəri Astara, 208 nəfəri Masallı, 83 nəfəri Cəlilabad, 15 nəfəri Lerik, 12 nəfəri Yardımlı rayonlarının sakinidir. Bu barədə APA-nın cənub bürosuna Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional laboratoriyasının müdiri Rəmiəli İbişov deyib.

Onun sözlərinə görə, QİÇS-ə yoluxanların əksəriyyəti kişilərdir. Xəstəliyə yoluxanların hər 3 nəfərindən biri qadındır. Lənkəran rayonunda QİÇS-dən əziyyət çəkənlərdən 329 nəfərin kişi, 84 nəfərin qadın olduğunu deyən laboratoriya müdirinin sözlərinə görə, QİÇS-ə yoluxanların arasında bir neçə uşaq davar.

R.İbişov bildirib ki, təkcə Lənkəran rayonu üzrə indiyədək 10-ə yaxın QİÇS xəstəsi dünyasını dəyişib.

Qeyd olunub ki, xəstələr arasında narkotik maddələrin istifadəçiləri çoxluq təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR