ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib
# 09 oktyabr 2017 13:52 (UTC +04:00)

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, haqqında həbs qərarı verilən baş konsulluq əməkdaşının həyat yoldaşı və övladının ifadəsi alınır. Həmin şəxs hazırda baş konsulluqdadır, binanı tərk etmir.

Bu arada Türkiyə ədliyyə nazirinin ABŞ-ın Türkiyədəki səfiri Con Bassın görüş təklifini qəbul etmədiyi də bildirilir.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR