Parisdə avtomobilin restorana çırpılması nəticəsində yaralıların sayı 12-yə çatıb - YENİLƏNİB

Parisdə avtomobilin restorana çırpılması nəticəsində yaralıların sayı 12-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 14 avqust 2017 23:42 (UTC +04:00)

Parisdə avtomobilin restorana çırpılması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin yaralandığı bildirilirdi.

Məlumata əsasən, yaralılardan 4-ün vəziyyəti ağırdır. İnsident zamanı yeniyetmə qızın öldüyü təsdiqlənib. Avtomobilin sürücüsü saxlanılıb. Onun bir neçə gün əvvəl intihara cəhd etdiyi bildirilir. Yerli polis hadisənin terror olmadığını qeyd edib.

***

00:52

Paris yaxınlığında BMW markalı minik avtomobili restorana çırpılıb.

APA-nın məlumatına görə, bu barədə BFM TV telekanalı xəbər verib.

Hadisə nəticəsində səkkiz yaşlı qız ölüb, daha 8 nəfər xəsarət alıb. Onlardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Sürücü saxlanlıb. İlkin ehtimala əsasən, o, qəsdən avtomobili restorana çırpıb. Hadisənin terror aktı olub-olmaması hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR