Sumqayıtda qətl törətməkdə təqsirli bilinən Mətləb Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.
Qeyd edək ki, 2019-cu il sentyabrın 25-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 29 yaşlı Eldarov Şəhriyar Azad oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı Şəhriyar iki bıçaq zərbəsi ilə qətlə yetirilib. Hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.