Ceyms Uorlik: “Ümid edirik ki, ilin sonuna qədər prezidentlərin görüşünü təşkil edə biləcəyik”

Ceyms Uorlik: “Ümid edirik ki, ilin sonuna qədər prezidentlərin görüşünü təşkil edə biləcəyik”
# 12 sentyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Artıq Qarabağ münaqişəsində sülhə nail olunmalıdır”.


APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi”nə müsahibəsində deyib. O bildirib ki, sülhün vaxtı çatıb: “Əgər biz problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər”.

Diplomat ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəklərinə ümid bəslədiklərini də söyləyib: “İki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşündə biz görüşün gündəliyi, vaxtı və yerini müəyyən etməyə çalışacağıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR