® “Nar” Xırdalanda yeni mağazasını təqdim edib

<font color=red>® </font>“Nar” Xırdalanda yeni mağazasını təqdim edib
# 15 noyabr 2017 13:37 (UTC +04:00)

Xırdalan şəhərindəki Heydər Əliyev prospekti 1A ünvanda yerləşən və yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü “Nar” nömrələri 50%, satışa çıxarılıb, bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edilib. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə “Nar” nömrə hədiyyə edilib.

Qeyd edək ki, hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 76 “Nar” diler dükanı fəaliyyət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar:

https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR