Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub
# 14 fevral 2017 15:31 (UTC +04:00)

Lənkəranda yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərindəki Vaqif Hüseynov küçəsində qeydə alınıb. Yanğın Rəcəb Əhədova məxsus iki mərtəbəli evin mansard hissəsində başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Evin mansard hissəsi 40 kvadratmetr sahədə yanıb.

Yanğının genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR