Azərbaycanda sənaye məhəllələrinin sayı artırılacaq

Azərbaycanda sənaye məhəllələrinin sayı artırılacaq
# 05 mart 2018 08:57 (UTC +04:00)

"Azərbaycanda yeni sənaye məhəllələrinin yaradılması ilə bağlı hazırda araşdırmalar aparılır".

"APA-Economics"in məlumatına görə, bunu bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.

Onun sözlərinə görə, bütün rayonlarda investorlarla danışıqlar, təhlillər aparılır: "Bizim fikrimiz bütün rayonlarda sənaye məhəllələrinin yaradılmasıdır. Bütün rayonlar nəzərdən keçirilir. Bu rayonlarda infrastruktur təminatını, mövcud investisiya layihələrinin baxımdan qiymətləndirilməsi aparılır. Aparılan danışıqlar və araşdırmadan və qiymətləndirilmələrdən sonra ictimaiyyətə yeni rayonların adları açıqlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR