ABŞ Ukrayna Prezidenti Vladimir Zelenski və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutmuş telefon danışığına münasibət bildirib.
APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
Kirbinin sözlərinə görə, Vaşinqton Pekin və Kiyev arasında yüksək səviyyəli danışıqları alqışlayır. Lakin o əlavə edib ki, o bunun mənalı sülh danışıqlarına gətirib çıxaracağını hələ deyə bilməz.
"Mən hazırda bunu bildiyimizi düşünmürəm", - deyə Kirbi bildirib.