ABŞ hakimiyyəti “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir.
APA xəbər verir ki, bu barədə adları çəkilməyən administrasiya rəsmilərinə istinadən CNN məlumat yayıb.
“Priqojinin son açıqlamaları adi ritorikadan daha çoxdur. Bu real bir şeydir” - Administrasiya rəsmilərindən biri deyib.