Vaşinqtonda atışma nəticəsində bir nəfər ölüb.
APA xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
hadisə nəticəsində bir neçə nəfərin yaralandığı qeyd olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, azı iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.
***
Saat 23:18
Vaşinqtonun şimal-şərqində atışma olub.
APA xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin polisi “Twitter” səhifəsində məlumat yayıb.
Atışma daha əvvəl Benninq yolundakı məhəllədə baş verib.
Hazırda polis araşdırma aparır.
Ölənlərin dəqiq sayı barədə məlumat verilmir.