ABŞ-ın Vaşinqton ştatında minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə "USA Today" məlumat yayıb.
Məlumata görə, qəza ştatın Royal City yaşayış məntəqəsi yaxınlığında baş verib.
Qrant dairəsinin Şerif Ofisindən bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın başvermə səbəbi araşdırılır. Həlak olan və yaralananların şəxsiyyəti hələlik açıqlanmayıb.