Bank Of Baku

DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib

DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib
# 29 iyul 2026 09:37 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq ardıcıl 3-cü dəfədir keçirilən sərginin əhəmiyyətindən danışıb.

O, bildirib ki, tədbirin əsas məqsədi abituriyentlərə universitet seçimində kömək etmək və ali təhsil müəssisələrinə özünü tanıtmaq fürsəti yaratmaqdır.

Daha sonra iştirakçıların və media nümayəndələrinin sualları cavablandırılıb və sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Sərgi 29 – 31 iyul 2026-cı il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR