Bank Of Baku

Vens İranla qarşıdurmada neftin ucuz olmasını əsas prioritet adlandırıb

ABŞ-ın vitse-prezidenti Cey Di Vens

© APA | ABŞ-ın vitse-prezidenti Cey Di Vens

# 14 avqust 2026 01:39 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla qarşıdurmada Vaşinqton üçün əsas prioritetin neftin qiymətini aşağı səviyyədə saxlamaq olduğunu bildirib.

Bu barədə o, "Fox News" telekanalının efirində danışıb.

Vens qeyd edib ki, neftin qiyməti bu gün aşağı düşüb və münaqişənin əvvəlindəki maksimum göstəricilərdən xeyli aşağıdır. Onun sözlərinə görə, əsas məqsəd ABŞ ərazisində neft və benzinin qiymətini əhali üçün aşağı saxlamaq, ikinci məqsəd isə İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

ABŞ vitse-prezidenti Vaşinqtonun hər iki məqsədə nail olacağına əminliyini ifadə edib.

O bildirib ki, münaqişənin sonunda ABŞ İran qarşısında daha güclü mövqedə olacaq, İran nüvə silahına sahib olmayacaq və Hörmüz boğazının neft və benzin qiymətlərinin amerikalılar üçün sabit qalacağı vəziyyətə qayıtması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR