2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 338,074 mln. ABŞ dolları dəyərində 365 533,10 ton meyvə-tərəvəz ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ixrac olunan meyvə-tərəvəzin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artasa da, dəyəri 6% azalıb.
Qeyd edək ki, bu ilin ilk yeddi ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
2021-ci ilin ilk 7 ayında Azərbaycanın əsas ixrac etdiyi meyvə-tərəvəz növləri:
|
Meyvə-tərəvəz |
Həcm, ton |
İllik dinamika |
Dəyər, mln. $ |
İllik dinamika |
|
Kartof |
91 813,86 |
-49,7% |
39,851 |
-19,5% |
|
Tomat |
119 040,03 |
-22,5% |
128,161 |
-23% |
|
Meşə fındığı |
7 097,51 |
-24,5% |
42,286 |
-26,9% |
|
Alma |
27 571,9 |
24,1% |
12,616 |
34,6% |
|
Xurma |
42 342,91 |
2,4 dəfə |
31,866 |
2,2 dəfə |
|
Nar |
1 910,83 |
- |
2,987 |
- |