Kiyevin meri Vitali Kliçko ABŞ-a səfər edib.
APA xəbər verir ki, bu barədə mer "Facebook" hesabında paylaşım edib.
Bildirilib ki, səfər çərçivəsində ABŞ hökumətinin nümayəndələri ilə Ukraynaya dəstək yardımı müzakirə olunacaq.
“Bu gün və sabah Vaşinqtonda senatorlar və konqresmenlər, aparıcı siyasi ekspertlər və ABŞ hökumətinin nümayəndələri ilə Ukraynaya dəstək və yardım haqqında danışacağam”, - deyə Vitali Kliçko bildirib.
Kiyev meri Amerika tərəfinin dəvəti ilə bu ölkəyə səfər edib.
O, Vaşinqtonla yanaşı Denverdə sammitdə iştirak edəcək.