Bu gün Lökbatan-Qobu-Hökməli avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gün Lökbatan-Qobu-Hökməli avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
# 14 may 2018 08:48 (UTC +04:00)

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib.

Agentlikdən bildirilib ki, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR