Novruz Məmmədov: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır”

Novruz Məmmədov: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır”
# 24 iyul 2015 14:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin İŞİD-ə qarşı atdığı addımlara münasibət bildirərkən deyib.

N. Məmmədov bildirib ki, baş verənlərin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır. Çünki iş o yerə gəlib çatıb ki, İŞİD terrorçuları Suriya-Türkiyə sərhədində Türkiyə Silahlı Qüvvələrinin bir zabitini də şəhid ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR