Saatlı sakininin evindən silah-sursat götürülüb

Saatlı sakininin evindən silah-sursat götürülüb
# 22 may 2018 09:29 (UTC +04:00)

Saatlıda əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkarlanıb.

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR