Şirvanda traktor dərəyə yuvarlanıb, sürücü ağır yaralanıb

Şirvanda traktor dərəyə yuvarlanıb, sürücü ağır yaralanıb
# 05 mart 2017 08:58 (UTC +04:00)

Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb.

Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata aparılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR