“WSJ”: İsrail və HƏMAS Bayden dönəmi bitənə qədər razılıq əldə edə bilməyəcək

“WSJ”: İsrail və HƏMAS Bayden dönəmi bitənə qədər razılıq əldə edə bilməyəcək
# 20 sentyabr 2024 03:23 (UTC +04:00)

İsrail və HƏMAS-ın ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatana qədər Qəzza zolağında atəşkəslə bağlı razılığa gəlməsi qeyri-mümkün görünür.

APA xəbər verir ki, bu barədə yüksək çinli ABŞ rəsmilərinə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

“Heç bir sövdələşmə gözlənilmir”, - deyə nəşrin həmsöhbətlərindən biri deyib.

Qeyd olunur ki, tərəflər ABŞ-da prezident seçkiləri başa çatana qədər gözləmə mövqeyini tutublar.

Qəzet qeyd edir ki, birincisi, danışıqlar aparan tərəflər HƏMAS-ın əlindəki girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə hansı nisbətdə dəyişdirilməsi ilə bağlı razılığa gələ bilmirlər.

İkincisi isə, Livandakı son hadisələr və daha sonra İsrailin kütləvi aviazərbələri Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması ehtimalını artırdı və buna görə də HƏMAS ilə diplomatik əlaqələri çətinləşdirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR