Bərdədə evdən xeyli miqdarda qızıl oğurlayan şəxs tutulub

Bərdədə evdən xeyli miqdarda qızıl oğurlayan şəxs tutulub
# 28 noyabr 2017 13:53 (UTC +04:00)

Bərdə rayonunda evdən qızıl-zinət və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Bərdə şəhər sakini Nicatağa Bağırov noyabrın 26-da RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyi barədə məlumat verib.

Zərərçəkən evdən ona məxsus ümumilikdə 4 min 300 dollar dəyərində qızıl əşyaların və fotoaparatın, 1280 manat dəyəri olan digər məişət əşyalarının oğurlandığını bildirib.

Bərdə RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla onun Mingəçevir şəhər sakini Sərdar Qurbanov olduğu müəyyən edilib. O, törətdiyi əməli etiraf edib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb.

Hazırda bu şəxsin digər oğurluqlarda iştirakı məsələsi istintaq orqanları tərəfindən araşdırılır.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR