Hava yağmursuz keçəcək, duman olacaq

Hava yağmursuz keçəcək, duman olacaq
# 04 aprel 2017 11:01 (UTC +04:00)

Aprelin 5-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR