Bank Of Baku

Yaponiya və Böyük Britaniya birgə yeni tipli AES reaktoru hazırlayacaq

Yaponiya və Böyük Britaniya birgə yeni tipli AES reaktoru hazırlayacaq
# 19 iyul 2023 07:25 (UTC +04:00)

Yaponiya və Böyük Britaniya birgə yeni tipli atom elektrik stansiyası reaktoru hazırlayacaqlar
Yaponiya və Böyük Britaniyadan olan tədqiqatçılar qrupu növbəti onilliyin əvvəlində istifadəyə verilməsi planlaşdırılan yeni tip atom elektrik stansiyası üçün yeni tipli yüksək temperaturlu qaz reaktorunun birgə işlənməsinə başlayacaq.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Yomiuri qəzeti məlumat yayıb.

Yüksək temperaturlu qaz reaktorları əvvəlkilərindən daha dayanıqlıdır və soyutma üçün su tələb etmir. Bununla belə, onlara xüsusi yanacaq lazımdır ki, onun da işlənməsi Yaponiya tərəfinə həvalə olunacaq.

Böyük Britaniyanın rəhbərlik etdiyi layihə çərçivəsində aparılan tədqiqatlar zamanı əldə edilən biliklərin sonradan Yaponiyada perspektivli enerji mənbələrinə çevrilə biləcək özünün yeni reaktor növlərinin yaradılmasında istifadə ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR