Hind okeanında itkin düşmüş Boeing-777 təyyarəsinin qalıqları tapılıb

Hind okeanında itkin düşmüş Boeing-777 təyyarəsinin qalıqları tapılıb
# 30 iyul 2015 01:11 (UTC +04:00)

Bakı-APA. Hind okeanında “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin qalıqları tapılıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, müstəntiqlər Boeing şirkətinin hava təhlükəsizliyi üzrə eksperti ilə birgə qalıqların itkin düşmüş təyyarəyə məxsus olduğunu təsdiqləyiblər.

Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR