Bank Of Baku

Zelenski Baydenlə Rusiyada gedən prosesləri müzakirə edib

Zelenski Baydenlə Rusiyada gedən prosesləri müzakirə edib
# 25 iyun 2023 23:53 (UTC +04:00)

Ukrayna Prezidenti ABŞ lideri Co baydenlə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Zelenski tvtter səhifəsində paylaşım edib.

"ABŞ Prezidentinə müsbət və ruhlandırıcı danışıq üçün təşəkkür edirəm. Biz hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Beynəlxalq təhlükəsizlik bərpa olunana qədər dünya Rusiyaya təzyiq göstərməlidir", - deyə Zelenski bildirib.

Zelenski "Patriot"lara göstərdiyi davamlı dəstəyə görə Baydenə təşəkkür edib.

"Hava məkanımızı qorumaq, imkanları daha da artırmaq vacibdir. Bu çərçivədə mən döyüş təyyarəsi koalisiyasına dəstəyinə görə təşəkkür etdim.

Biz uzuaqmənzilli silahlara diqqət yetirməklə müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik", - deyə Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR