Küveytdə qadınların konfransında Azərbaycanın məruz qaldığı işğaldan danışılıb

Küveytdə qadınların konfransında Azərbaycanın məruz qaldığı işğaldan danışılıb
# 02 noyabr 2016 15:31 (UTC +04:00)

Küveytdə əcnəbi qadınların “Küveyt əcnəbi qadınların gözü ilə adlı” beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda “Azərbaycan-Küveyt mədəniyyət və dostluq” Cəmiyyətinin sədri Könül Hacızadə də iştirak edib.

Konfrans da çıxış edən K. Hacızadə Azərbaycanla bağlı məlumat verib. O Azərbaycanın tarixi torpaqlarının coğrafi ərazisi barədə məlumat verərək, tarixən azərbaycanlıların məruz qaldığı işğal faktlarını sadalayıb. K. Hacızadə hazırda da Azərbaycanın qonşusu Ermənistan tərəfindən işğala məruz qaldığını, 20 faiz ərazisini itirdiyini xəritə üzrə nümayiş etdirib, ermənilər tərəfindən azərbaycanlıq adınların və uşaqların məruz qaldığı işgəncə faktlarını sadalayıb.

Cəmiyyət sədri çıxışında Azərbaycanın inkişafından, o cümlədən təbii gözəlliklərindən bəhs edərək əcnəbi qadınları turist kimi Azərbaycana dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR