Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapıldı
13:01
24 aprel 2024
Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, 23 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edirdi. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyirdi.
DİGƏR XƏBƏRLƏR
Putin: “Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır”
16:00
9 may 2024
Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti açıqlandı
14:07
8 may 2024
Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb oldu
12:30
8 may 2024
Şuşaya 28 il həsrətlə baxan ailələrin qayıdışına başlanılır
09:18
8 may 2024