Həsənqayada minaya düşən şəxs: istəyirdim o dağları görüm

# 15:43
27 oktyabr 2023

zad olunmuş əraziləri görmək istəyi onu minalarla çirkləndirilmiş əraziyə apardı. Arzusunun ardınca addımlayarkən minaya düşdü və iki ayağını itirdi. Cərrahiyə əməliyyatı zamanı isə iki dəfə ürəyi dayandı ancaq həkimlər onun sağ qalması üçün sözün əsl mənasında mübarizə aparıblar. Söhbət oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşərək hər iki ayağını itirən Zaməddin Həsənovdan gedir. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Zaməddin Həsənov yaxınlarını ziyarət etmək üçün Azərbaycana gəlib və onları görmək üçün Tərtər rayonuna gedib. Əslən Kəlbəcər rayonundan olan müsahibimiz deyir ki, 20 gün sonra geri qayıdacağını düşünüb və torpağını, yurdunu gömək arzusu ilə ermənilərin işğal dövründə minaladığı əraziyə keçib. Bununla bağlı ərazi minalıdır, lövhəsinə də məhəl qoymayıb. İndi peşman olan müsahibimiz deyir ki, bir az səbir etsəydim ayaqlarımı itirməzdim. Çıxıb yaxınlarıma deyiblər ki, 2 dəfə aparat dayanıb. Ürəyi dayanıb.” Dəfələrlə ölümlə üz-üzə qalan Zaməddin Həsənovu həkimlər xilas edib. Həkim öz doğma torpağını arzulayan və səbirsizik edib, yolunu minalı ərazilərdən salanlara da müraciət edib. Bildirib ki, bir çox hallarda mina partlayışı zamanı insanları ölümdən xilas etmək mümkünsüz olur. Qeyd edək ki, Zaməddin Həsənov Oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşüb və nəticədə hər ikin ayağını itirib.

Emin Babayev Fəzail Səfərov Bərdə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR