Bu dərd Dağ Quşçu kəndinin sakinlərini evlərindən didərgin salıb

# 11:11
8 dekabr 2023

Siyəzənin Dağ Quşçu kənd sakinlərinin sayı günbəgün azalır. Problemlər ucbatından gənc ailələr kəndi tərk edirlər. Yaşayış məntəqəsində içməli suyun olmaması sakinləri, necə deyərlər - təngə gətirib. Kimi rayon mərkəzindən su gətirir, kimi qonşu kəndlərdən, kimisi də yağış sularını toplayıb istifadə edir. Son illərdə yağıntıların da azalması Dağ Quşçu sakinlərinin işini müşgülə salıb. Məsələ ilə bağlı Siyəzən rayon icra hakimiyyəti başçısının Dağ Quşçu İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyindən bildirildi ki, kəndin içməli su problemi növbəti il həllini tapacaq. Qeyd edək ki, 600 sakini olan Dağ Quşçu kəndi rayon mərkəzindən 20 km aralıda yerləşir. Cəfər Talıb, APA TV, Siyəzən

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR