Bu yemək Ordubad mətbəxinin incisi, soyuq günlərin ən dadlı yeməyidir

# 10:15
5 dekabr 2023

Azərbaycanın incisi Ordubad tarixi abidələri, əsrarəngiz təbiəti ilə yanaşı, həm də zəngin mətbəxi ilə seçilir. Qış aylarında rayonun ucqar kəndlərində sakinlərin həvəslə bişirib ərsəyə gətirdikləri yeməklərin dadı isə bir başqa olur. Bist kəndində də bu ayların ən çox hazırlanan və sevilən yeməyi qurutdur. Ayrandan hazırlanan bu qida yay aylarında qurudulur. Nəzakət xanım qurutu kənd üsulu ilə ən dadlı şəkildə hazırlayanlardandır. Qurutdan adətən, qış aylarında istifadə edirlər. Qurutun qurudulması qədər isladılıb, yenidən duru hala salınması da zəhmət tələb edir. İşimiz bitdikdən sonra əldə etdiyimiz duru qurudu ocağın üzərinə qoyub qarışdırırıq. Qurut tam hazır olduqdan sonra onun üzlüyü hazırlanır. Bunun üçün bizə doğranmış soğan, yağ və maral otu lazımdır. Bu ləziz təamı həmçinin xəngəl və bir çox başqa yeməyə də əlavə edərək yeyirlər. Qurut hər zaman Ordubada təşrif buyuran qonaqlar üçün süfrəyə gətirilən ən ləziz yemək hesab olunur. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR