Güclü külək Astarada binanın dam örtüyünü uçurdu, digər fəsadlar törətdi

# 18:50
27 noyabr 2023

 

Bu gün səhər saat 5-dən başlayaraq Astara rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Nuru Paşa küçəsində yerləşən 32 mənzilli binanın dam örtüyünü uçurub, ətrafdakı yarımtikililərə ciddi ziyan vurub. Dam örtüyü binanın qarşısında dayanan Məharət Həsənova məxsus "Mercedes" markalı minik avtomobilinin üzərinə düşüb. Avtomobilə ziyan dəyib. Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına da müəyyən ziyan vurub. Xüsusən rayonun dağ ətəyi kəndlərində və o cümlədən şəhər ərazisində elektrik naqilləri qırılıb, bəzi elektrik dirəkləri aşıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində işıqların sönməsinə imkan verilməyib. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qeyd edək ki, hazırda rayon ərazisində külək qismən səngiyib. İlkin Rzayev Rövşən Almazoğlu APA tv Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR