Bakıda kişi arvadını ölümcül yaralayıb, daha sonra intihar edib
Bakı şəhərində dəhşətli cinayət törədilib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 19 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Vurduğu çoxsaylı bıçaq zərbələrindən həyat yoldaşının öldüyünü zənn edən Z. Mirzəyev qonşusunun həyətinə keçərək orada özünü asaraq intihar edib.
T. Abdullayeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı