Nigeriya Bosniya və Herseqovinanı məğlub etdi
Dünya Çempionatında "F" qrupunda II turun son oyununda Nigeriya ilə Bosniya və Herseqovina komandaları üz-üzə gəliblər. APA TV-nin məlumatına görə, ilk turda qalib gələ bilməyən komandalar 1/8 finala yüksəlmək şanslarını çətinə salmamaq üçün qalib gəlməyə borclu idilər. Xüsusilə, avropalılılar üçün xal itkisi daha ağır nəticələnə bilərdi. Oyunda ilk qol Nigeriyadan gəlib. Peter Odemşiqenin atdığı qolla Nigeriya yığması önə keçib. Matçın ikinci yarısı olduqca gərgin keçib. Nigeriya və Bosniya Herseqovina komandaları hücum taktikasına üstünlük veriblər. Amma, buna baxmayaraq oyunda başqa qol olmayıb. Beləcə "F" qrupunda II turun son oyununda Nigeriya qalib gəlib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir