Hava proqnozu: Temperatur 10 dərəcə enəcək
İyunun 30 da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 gündüz, 24-28 dərəcə isti olacaq. Bölgələrimizdə də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 , gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq. Güclü şimal qərb küləyi iyul ayının 1-dən mülayimləşəcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?