Bank Of Baku

Qubada fabrik və 10 hektar taxıl sahəsi kül oldu

# 06:33
5 iyul 2014

Quba rayonunda yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus fabrikin ərazisində sahəsi 250 kvadratmetr olan 3 tikilinin dam örtüyü, fabrikin ərazisində 6 hektar biçilmiş taxıl sahəsi və bələdiyəyə məxsus ərazidə 4 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğının söndürülməsi üçün Quba ilə yanaşı, Xaçmaz və Şabran  rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin  yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.Fabrikin digər 3 binası və ərazidə olan 8 yaşayış evi yanğından mühafizə olunub. 6 saat davam edən yanğın söndürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR