Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?