17 yaşlı qız dərmandan zəhərlənib
Zaqatalada 17 yaşlı qız dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 17 yaşlı Məleykə Abakova halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olub. Həkim araşdırmasından sonra məlum olub ki, 17 yaşlı Məleykə Abakova yüksək dozada dərman içdikdən sonra zəhərlənib.
"Təyin olunmuş dərmanı həddindən artıq qəbul etdiyi üçün ağır vəziyyətdə dərman zəhərlənməsi ilə qəbul olunub. Göstərilən yardımdan sonra səhərə yaxın vəziyyəti stabilləşib. Hazırda yaxşıdır. Xəstə terapiya şöbəsinə köçürüləcək".
Məleykə Abakovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?