Keçmiş məhkumdan silah götürüldü
Saatlı sakinindən silah götürülüb. APA TV-nin xəbərinə görə, polis daxil olan bir məlumat əsasında dərhal əməliyyat axtarışları həyata keçirib. Aparılan tədbirlər zamanı Saatlı rayon Çolpu kənd sakini Əhmədov Hasil Hacı oğluna məxsus mənzildən silah aşkar edilib. Həmçinin silahla yanaşı 2 ədəd daraq və müxtəlif çaplı gilizlər ələ keçirilib. Saxlanılan şəxs silahın ona atasından yadigar qaldığı üçün saxladığını bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır. Silahın haradan əldə edildiyi istiqamətində istintaq işlər davam etdirilir.
Hasil Əhmədovun əvvəllər bir dəfə adam öldürdüyünə və 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?