Bank Of Baku

Rejissor Kənan M.M. həbs olundu

# 11:43
30 iyul 2014

Rejissor Kənan Mahmudov (Kənan M. M.) həbs edilib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Kənan Mahmudov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq)  maddəsinə əsasən təqsirləndirilən şəxs qismində saxlanılıb.

 

Hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır. Bu gün onun məhkəməyə aparılacağı bildirilir.

 

Kənan M.M.-in həyat yoldaşı, müğənni Aygün Şükürova APA-ya hazırda rayonda olduğunu, baş verən hadisədən xəbərsiz olduğunu deyib. 

 

Qeyd edək ki, K. Mahmudovun saxlanması barədə ilk olaraq “Qafqazinfo” məlumat yayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR