Ermənistan itki verdiyini təsdiqlədi
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisində bu gün Ermənistan ordusunun müqaviləli xidmətdə olan hərbi qulluqçusu ölüb. APA TV-nın məlumatına görə, bu xəbəri “NEWS.am”a Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan təstiqləyib. İnsidentin təfərrüatları açıqlanmır.
Məlumata görə, ölən hərbçi 40 yaşlı kiçik çavuş Aram Qriqoryan Ermənistanın Araqatsot vilayətinin Partizak kənd sakinidir. Hərbçinin hansı səbəbdən öldüyü bildirilmir.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib