Bank Of Baku

Bakıda ağır qəza: “Shacman” 30 nömrəli avtobusu və üç maşını əzdi - QƏZA YERİNDƏN GÖRÜNTÜ

# 10:06
9 avqust 2014

Nəcəfqulu Rəfiyev küçəsində zəncirvarı yol qəzası baş verib. APA TV-nin məlumatına görə, AMAY ticarət mərkəzi istiqamətində “Shacman” markalı, “90 BU 828” dövlət nömrə nişanlı yük maşını 30 nömrəli marşrutda işləyən “10-TG-336” nömrə nişanlı avtobusa arxadan çırpılıb. Zərbənin təsirindən avtobus yolda hərəkətdə olan “Hyundai Sonata”, “Mercedes” və “Mitcubishi” markalı üç maşını əzib. Qəza nəticəsində avtobusun sürücüsü ağır yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Qəzadan sonra yolda böyük tıxac yaranıb. Qəza zamanı əzilmiş maşınlar evakuatorların köməyi ilə yoldan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR