Lənkəranda ər arvadının boğazını kəsib
Lənkəranda kişi həyat yoldaşının boğazını kəsib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Liman şəhər sakini, 55 yaşlı Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 50 yaşlı Zəminə Əliş qızı Həbibovanın döş qəfəsi, boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub. Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər yaralı qadının həyatını xilas etmək üçün mümkün olan tədbirləri görüblər. Cərrahiyyə əməliyyatından sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Zəminə Həbibovanın vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Hadisəni törətmiş Fərhad Həbibov polisə könüllü təslim olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib