Abşeronda mağazadan "Milliön" ödəmə aparatı oğurlanıb
Abşeron rayonunda oğurluqda təqsirləndirilən şəxs tutulub. APA TV-nin xəbərinə görə, tutulan Rəhman Hümbətov rayonun Nübar qəsəbəsindəki marketlərin birindən "Milliön" ödəmə aparatını oğurlamaqda günahlandırılır:
"Girdim dükana, aparat qoydum maşına, 1558 manat çıxdı".
Saxlanılan şəxsin sözlərinə görə, aparatda olan pulları çıxardıqdan sonra dostu ilə bərabər "ata malı" kimi tən bölüblər. Aparatı özlərinə məxsus "VAZ 21011" markalı maşına yerləşdirərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib